Amerikan bank hesabı və pastik kartını onlayn neçə əldə etmək olar

Passiv gəlir

Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı çox aşağıdır. Paypalın Azərbaycana niyə görə heç vax gələməyəcəyi haqqında başqa bir postda danışacam.

Bununla əlaqədar olaraqda əgər siz ingilis dilli internetdə biznes qurmaq və onlayn işləmək istəyirsnizsə o halda sizə ödəniş qəbul edə biləcəyiniz bir servis lazım olacaq. Mən özümdə bu problemlə qarşılaşmışdım və uzun zaman bunun həllini tapmağa çalışırdım. Təsadüfən Payoneer servisini rast gəlməyənə qədər.

Payoneer.com (bu link ilə qeydiyyatdan keçin və 25 USD bonus qazanın) hər qeydiyyatdan keçmiş istifadəçiyə First Century Bankında yaradılmış bank hesabı və əvvəlcədən ödənilmiş Master Card təqdim edir. Bu servis tamami ilə pulsuzdur. Yalnız ATM ilə pul çıxardıqda komissiya tutulur.

Verilmiş bank hesabına siz yalnız American şirkətlərindən (Əgər hesab USD ilədirsə) ödəniş qəbul edə bilərsiniz. Fiziki şəxslərdən ödəniş qəbul etmək mümkün deyil. Hesaba gəlmiş vasaitləri sizə verilən plastik kartlar dünyanın hər yerində yerli ATM ilə çıxara bilərsiniz.

Mən qeydiyyatdan keçəndən sonra mənə dərhal plastik kart göndərildə amma bu kart və ondan sonra göndərilən kart heç vaxt gəlib mənə çatmadı. Təbii ki bu yerli poçtun çox yüksək səviyyədə işləməsi nəticəsində baş verdi. Sonunda məcbur olub DHL ilə göndərilməsini istədim. DHL ilə göndərilməsi üçün sizin Payoneer hesabında 40 USD balansınız olmalıdır.

Bir çox platformalar Payoneer ilə integrasiyası var. Məsələn ən böyük freelance platforması olan Upwork, Fiverr və s. Əgər onların inteqrasiyası yoxdursa amma bank ilə ödəniş qəbul edirlərsə o halda siz ödənişi bank hesabınıza qəbul edə bilərsiniz.

Payoneer qlobal ödəniş sistemidir amma əgər siz avropa şirkətlərindən ödəniş almaq istəsəniz o halda sizə yeni EUR və ya GBP hesabı yaradılması lazım olacaq. Hər valyuta ilə ola hesab üçün ayrılıqda plastik kart verilir. Digər valyutada hesab açmaq üçün siz Payoneer Support çatı ilə əlaqə saxlayıb hansı valyuta ilə hesab açmaq istədiyinizi bildirməlisiniz. Çata başlamazdan əvvəl profilinizdə olan gizli sual cavabları yada salın çünki sizdən tələb olunacaq.

Bu yaxınlarda EUR ilə açılması lazım idi və mən çata müraciət etdim. Hesab açdılar amma bildirdilər ki bank hesabı açmaq mümkün deyil (ölkəmizlə əlaqədar hər hansı bir qanuna görə). Yalnız plastik kart (Wirecard) məlumatları təqdim etdilər. Bu məlumatları istifadə edərək pul qəbul etmək mümkündür amma Bank küçürülmələri (Wire Transfer) aparmaq mümkün deyil. EUR kart hələki yoldadır.

Payoneer ilə satış edib ödəniş qəbul etmək mümkün deyil. Yalnız ödəniş qəbul edib və göndərmək mümkündür.

Ödəniş qəbul etməyin bir neçə yolu var.

  1. Bank hesabının məlumatlarını istifadə edərək.
  2. Əgər inteqrasiyası olan onlayn platformalar ilə işləyirsinizsə o halda siz payoneer hesabınızı platformaya bağlaya bilərsiniz.
  3. Müştərilərinizə ödəniş tələbi göndərərək. Siz verilən formada olan məlumatları dolduraraq ödəniş olunacaq məbləği daxil edib müştərinizə göndərirsiniz. Müştəri sizin verdiyiniz link-ə keçərək ödənişi ödəyir.
  4. Siz öz Payoneer hesabınızdan digər bir istifadəçinin hesabına ödəniş göndərə bilərsiniz.

Bir sözlə Payoneer çox əla servisdir. Bu mənə qarşımda olan sərhədləri götürdü və internetdə öz biznesimi qurmağa imkan verdi.

Servis haqqında sualınız olarsa aşağıda şərh yazın.

Payoneer.com - bu link ilə qeydiyyatdan keçin və 25 USD bonus qazanın

 

Son redaktəŞənbə, 25 Fevral 2017 10:24
(2 səs)
Oxu 606 dəfə

Amerikan bank hesabı və pastik kartını o…

Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı...

25-02-2017 Hits:607 Passiv gəlir

Read more

Affiliate marketinq nədir və onun üstünl…

Affiliate ingilis dilindən tərcümədə “partnyor” deməkdir. Affiliate marketing zamanı məhsul və xidmətlər ənənəvi reklam vasitəsi ilə deyil, hər hansı bir şəxsin məsləhət və təklifi ilə aparılır. Bu üsul əsasən elektron...

20-10-2016 Hits:397 Marketinq

Read more

Süni intellekt nədir və niyə görə süni i…

  Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilər robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında buradan oxuyun.

10-10-2016 Hits:312 Texnologiya

Read more

Kiçik biznes üçün saytın vacibliyini süb…

Çox kiçik biznes sahibləri əsasəndə yeni başlayanlar çalışırlar hər manata qənaət etsinlər. Ona görədə sayt sahibi olmağı həddindən artıq bahalı əyləncə sayırlar və onsuzda biznesdən qazana biləcəklərini düşünürlər. Facebook-da bir...

05-10-2016 Hits:272 Marketinq

Read more

Niyə görə mən ayaqüstü iş rejiminə keçdi…

Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər...

23-09-2016 Hits:1033 Şəxsi ingişaf

Read more