Niyə görə mən ayaqüstü iş rejiminə keçdim?
Standin desk evalution

Niyə görə mən ayaqüstü iş rejiminə keçdim?

Şəxsi ingişaf

Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər yoxdur.

Ümumiyyətlə oturaq vəziyyət insan orqanizmi üçün təbii deyil. Təkamül boyunca insanlar heç vaxt stulda oturduqları pozada oturmayıblar. Ona görədə bu pozada çox oturmaq orqanizm üçün zərərlidir.

Mənim bütün işlərim kompüterlə əlaqədar olduğundan günümün çox hissəsini noutbuk arxasında keçirirəm və əlbətdə ki bunun mənfi nəticəsini hiss etməyə başladım. Bel ağrıları məni narahat etməyə başladı. İşimin çox olması ilə əlaqədər belim ağrıya-ağrıya işləməyə davam edirdim.

Bel ağrılarından azad olmaq üçün məşqləri internetdə axtarıb tapdım amma problem orasındadır ki bu məşqləri uzanaraq etmək lazımdır idi. Əlbətdə ki  həmişə uzanmağa yer tapmaq mümkün olmur. Bel ağrılarından əziyyət çəkməmək üçün hər saatın 10-15 dəqiqəsini ayaq üstə gəzmək lazımdır. Lakin təəssüflər olsun bu çox vaxt mümkün olmur. Gah başın işə qarışır, gah işdən baş qaşımağa vaxt olmur və s. Hər halda bu problem məni narahat etməyə davam edirdi.

Bir az axtarış etdim və gördümki oturaq həyat tərzinində çox böyük problemlər yarana bilər. Bel ağrısından – ürək xəstəliklərinə qədər. Xəstəliklərin bütün siyahısını buradan oxuya bilərsiniz.

Bu problemin həllini necə tapdım?

Mən bir podcast dinləyirəm EOFİRE. Çox maraqlı podcastdır. Gündəlik çıxan podcastda onlayn biznesmenlərlə müsahibələr olur. Əgər ingilis giliniz normaldırsa qulaq asmağı məsləhət görürəm. Mobil telefondan StitcherİTunes vasitəsi ilə dinləyə bilərsiniz. Bu podkasıntın aparıcısı John Lee Dumas sosial şəbəkələrdə videolar paylaşır. Videoların birində fikir verdim ki John ayaq üstə çalışır. Qəflətən ağlıma belə bir fikir gəldi bəlkə məndə ayaüstü işləməyə başlayım.

Bir az internetdə axtardım və gördüm ki bu tip işləyən insanların sayı gündən günə çoxalır. Ayaqüstə işləmək üçün altlıqlarında sayı çoxdur. Bir az axtardım və ən birinci xoşuma gələn Yeni Zellandiyada 3 biznesmen tərəfindən
 hazırlanmış Elevate adlı altlıq oldu. Texniki detallarını Autocad proqramında cızaraq CNC frezdə kəsdirdim. Orijinal cizimlər olmasada demək olarki normal bir versiya aldım. Amma bir az işlədəndən sonra gördüm ki bu versiya mənlik deyil.

Mən noutbuk və ona əlavə qoşulmuş daha böyük monitordan istifadə edirəm ona görədə bu altlıqdan istifadə etdikdə 2-ci monitora baxmaq rahat olmur. Buna görədə özümə digər bir variantı hazırlamağa qərara gəldim.  

 

Bu altlıq ideal oldu

 

Buda mən iş arxasında

Bu variant daha ergonomik və rahatdir. Monitor düz gözümün qarşısındadır və buda işləmətə daha rahat edir.

İnternetdə bir çox variantlar var və çoxları çətin konstruksiyalı və bahadır. Bu variantlar 10 mm ağcaağac ağacından hazırlanır və heç bir qaplama yodur. Bu altlığa daha təbbi görünüş və hiss verir. Heç bir alət olmadan bir neçə saniyə içində yığıla bilər.

 

 

Son redaktəCümə axşamı, 08 İyun 2017 13:31
(6 səs)
Oxu 1032 dəfə

Amerikan bank hesabı və pastik kartını o…

Azərbaycandan kənarda elektron kommersiyanın çox ingişaf etməsinə baxmayaraq bizim ölkədə elektron kommersiya ingişafı çox aşağıdır. Bununla əlaqədar olaraq Paypal kimi ödəniş sistemləri azərbaycanda əlçatmazdır. Yaxın gələcəkdə onların Azərbaycana gəlmə ehtimalı...

25-02-2017 Hits:606 Passiv gəlir

Read more

Affiliate marketinq nədir və onun üstünl…

Affiliate ingilis dilindən tərcümədə “partnyor” deməkdir. Affiliate marketing zamanı məhsul və xidmətlər ənənəvi reklam vasitəsi ilə deyil, hər hansı bir şəxsin məsləhət və təklifi ilə aparılır. Bu üsul əsasən elektron...

20-10-2016 Hits:397 Marketinq

Read more

Süni intellekt nədir və niyə görə süni i…

  Tətqiqatçılar düşünür ki süni intellek ilk növbədə Turing testini keçməlidir. Çat ilər robotla danışan insan qarşısında robot olmasını anlamamalıdır. Turing testi haqqında buradan oxuyun.

10-10-2016 Hits:311 Texnologiya

Read more

Kiçik biznes üçün saytın vacibliyini süb…

Çox kiçik biznes sahibləri əsasəndə yeni başlayanlar çalışırlar hər manata qənaət etsinlər. Ona görədə sayt sahibi olmağı həddindən artıq bahalı əyləncə sayırlar və onsuzda biznesdən qazana biləcəklərini düşünürlər. Facebook-da bir...

05-10-2016 Hits:271 Marketinq

Read more

Niyə görə mən ayaqüstü iş rejiminə keçdi…

Kompüter erasında bütün işlər artıq kompüterləşdirilib. Kompüter araxasında işləmək fiziki işlərdən üstün tutulur və çoxları bu tip iş tapmağa çalışır. Amma çoxları oturaq həyat tərzinin nə qədər zərərli olmasında xəbər...

23-09-2016 Hits:1033 Şəxsi ingişaf

Read more